Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Nyu Cersi bölgə rəhbərliyi tərəfindən bildirilib.
Qeyd olunub ki, ötən gün ABŞ prezidentinin Bedmisinter malikənəsi yaxınlığındakı qolf meydançasının ətrafında kiçik ölçülü təyyarə təhlükəli manevrlər edib.
Daha sonra sözügedən təyyarə ABŞ HHQ-nə məxsus F-16 qırıcısı tərəfindən məcburi şəkildə yerə endirilib və pilot dərhal saxanılıb.
Məlumata görə pilot özünün sınaq uçuşları həyata keçirdiyini bildirsə də, təhlükəsizlik qüvvələri bu hadisənin təxribat məqsədli ola biləcəyini düşünür.
Qeyd edək ki, pilot hələlik nəzarət altında saxlanır.
Dəyanət Ağalarlı
Ordu.az