Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə aviabazanın rəsmiləri məlumat yayıb.
Məlumata görə, hücum dünən gecə saatlarında baş verib. Dronun bazaya yaxınlaşdığını aşkarlayan havadan müdafiə sistemləri naməlum dronu dərhal zərərsizləşdirib.
Hücum nəticəsində heç bir itki və yaralanma halı eyni zamanda bazada dağıntı faktı qeydə alınmayıb.
Xatırladaq ki, ötən həftənin şənbə günü daha bir naməlum dron sözügedən aviabazaya yaxınlaşarkən Rusiyanın havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az