Ordu.az erməni KİV-lərinjə istinadən xəbər verir ki, bunu beynəlxalq mövzularla bağlı rus şurasının eksperti Nikita Mendkoviç bildirib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin yenidən fəal mərhələyə daxil olmaması üçün əlindən gələni edir.
"Başqa bir məsələ isə Azərbaycan və Ermənistanın suveren dövlətlər olmasıdır. Moskva tərəfindən onların daxili siyasətinə yüz faiz nəzarət yoxdur və ola da bilməz", - deyə o qeyd edib.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin baş elmi işçisi Leonid Qusev isə Rusiyanın Cənubi Qafqazda gərginliyin artmasında təmamilə maraqlı olmadığını ifadə edib: "Çünki müharibə başlayarsa, bu, yalnız regionda deyil, qonşu ölkələrdə də qeyri-sabitliyin, təhlükənin yaranmasına təhdid ola bilər".
Alpər Mövludoğlu
Ordu.az