Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı yerli mənbələr yayıb.
Bildirilir ki, İdlibdən göndərilən 40 avtobusdan ibarət birinci evakuasiya karvanı bir az öncə Küneytrə vilayətində daxil olub.
Karvan vasitəsilə 500-ə qədər terrorçu və onların ailə üzvləri bölgədən çıxarılacaq. Daha sonra isə həmin ərazilərə Suriya Quru Qoşunları daxil olacaq.
Qeyd edək ki, qarşıdurmaların baş verməməsi üçün Suriya hökumətinin terrorçu qruplaşmaya göndərdiyi bu təklif ötən gün qəbul edilmişdi.
Dəyanət Ağalarlı
Ordu.az