Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat boyu Rusiyanın aviasiya qüvvələri tərəfindən dəstəklənən ordu artıq Küneytrəni tam azad etməyə yaxındır.
Bir aydan çoxdur intensiv şəkildə davam etdirilən əməliyyat Suriya hökumətinin cənub-qərb bölgələri, İordaniya və İsraillə sərhəddə yerləşən strateji ərazilərə nəzarətini bərpa etməsinə imkan verib.
Dera və Küneytrə vilayətləri arasında azad edilmiş kəndlərin sayı da günbəgün artmaqdadır. Eyni zamanda üsyançıların ikinci qrupunun da bu gün Suriyanın şimalına təxliyə olunmağa razılıq verməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az