Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı yerli mənbələr yayıb.
Bildirilir ki, son 24 saatda ümumilikdə bölgənin daha 170 kvadrat kilometr ərazisi terrorçulardan azad edilib.
Həmçinin qeyd olunub ki, hökumət bölgənin qalan hissəsindən terrorçuların qarşıdurmalar yaşanmadan çıxarılması üçün əraziyə 55 avtobus göndərib.
Bununla da terrorçular və onların ailə üzvləri bölgədən tam olaraq çıxarıldıqdan sonra qarşıdakı 48 saat ərzində ordu qüvvələri Əl-Küneytrənin geri qalan bölgələrinə daxil olacaq.
Dəyanət Ağalarlı
Ordu.az