Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Meksika prezidenti Andres Mannuel Lopez Obrador Meksika donanması üçün alınması planlaşdırılan səkkiz ədəd MH-60R “Seahawk” helikopterinin çox baha olduğunu bildirib.
Bundan qısa müddət sonra “Sputnik News” Meksika üçün Rusiya helikopterlərini məsləhət görərək, Meksika donanmasının onsuz da artıq Mi-17 nəqliyyat helikopterlərindən istifadə etdiyini xatırladıb.
“Sputnik” “Seahawk” helikopterinin qiymətini 170 milyon dollar olduğunu iddia edib və bunun çox bahalı adlandırıb. Əvəzində Rusiya Müdafiə Nazirliyinin 2014 və 2016-cı illərdə modernizasiya etdiyi Ka-27PL-nin silahlı versiyalarının 14,5 milyon dollara olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az