Britaniya Cənubi Çin Dənizinə aviadaşıyıcı göndərə bilər

2018/07/45645_1532158811.jpg
Oxunub: 347     20:43     21 İyul 2018    
Böyük Britaniya və Avstraliya Cənubi Çin Dənizinə aviadaşıyıcı yerləşdirilməsi ilə bağlı müzakirələr aparır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikir Avstraliya və Böyük Britaniyanın Xarici İşlər və Müdafiə nazirlərinin 2+2 şəklində Şotlandiyanın paytaxtı baş tutan görüşündə əldə edilib.

Bildirilib ki, qeyd olunan plan razılaşdırıldığı təqdirdə belə onun 2020-ci ildən daha öncə həyata keçirilməsi mümkünsüzdür.

Görüşdən sonra çıxış edən Böyük Britaniya Müdafiə naziri Qavin Vilyamson bildirib ki, tərəflər Britaniyanın ən nəhən gəmisi olan “HMS Queen Elizabeth” aviadaşıyıcısının Cənubi Çin Dənizinə yerləşdirilməsi və burada hər iki ölkənin hərbçilərinin birgə fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparıblar.

Yaxın zamanlarda məsələ ilə bağlı yekun qərarın verilməsi gözlənilir.

Qeyd edək ki, bir çox analitiklər bu addımın sözügedən dənizdə Çinin son zamanlarda artan təhdidkar davranışlarına cavab olaraq atıldığı qənaətindədirlər.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Çin  

Britaniya Cənubi Çin Dənizinə aviadaşıyıcı göndərə bilər

2018/07/45645_1532158811.jpg
Oxunub: 348     20:43     21 İyul 2018    