Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, Pompeo payız səfərinin çox yaxşı nəticələr verəcəyinə ümid etdiyini bəyan edib.
“Bu söhbətlər olduqca əhəmiyyətlidir. Bizim rəsmilərimiz bütün dünya üzrə fikir ayrılığı yaşadığımız ölkələrin liderləri ilə görüş keçirirlər. Bu baxımdan prezident Donald Tramp və Putin arasındakı görüş də dəyərlidir. Belə olduğu halda problemlərimizi danışıqlar yolu ilə həll etmə imkanı əldə edirik”, - deyə Pompeo bildirib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə müzakirələr üçün Putinin Ağ Evdə bu ilin payızında ikinci görüşə hazır olduğunu bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az