ABŞ, İtaliya HHQ və NATO “Sparta Alyansı” təlimlərində iştirak edib

2018/07/456456_1532155451.jpg
Oxunub: 4206     14:42     21 İyul 2018    
ABŞ və İtaliya Hərbi Hava Qüvvələri, həmçinin NATO-dan olan 80-dən çox, hərbi qulluqçu, mülki şəxslər və kontraktorlar “Sparta Alyansı” təlimlərində iştirak edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər 17-20 iyul tarixlərində Almaniya və İtaliyanın bölgəsində baş tutub.

“Sparta Alyansı” komandan və nəzarət silah sistemləri, hava, quru simulyatorları, virtual və konstruktiv təyyarələrin iştirak etdiyi geniş miqyaslı təlimdir.

İlk dəfə 2015-ci ildə keçirilən təlim sonrakı illərdə daimi olaraq genişlənib. Bu il birinci dəfə olaraq İtaliya HHQ təlimlərə qatılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Təlim   İtaliya  


Bizi "telegram"da izləyin