Ordu.az xəbər verir ki, hərbi hissənin zabiti Robert Harutunyanın Ağdərə hərbi polisinin əməkdaşı Serik Avanesyana verdiyi məlumatda deyilir ki, 3-cü taborun əsgəri Suren Baqdasaryan döyüş mövqeyini silahsız tərk edib.
Zabit bildirib ki, S.Baqdasaryan döyüş növbəsində müşahidəçi vəzifəsini yerinə yetirərkən, 19:30 radələrində silahı başqa bir müşahidəçinin yanında qoyub. O, səngəri dolaşıb geri dönəcəyini bildirərək, ərazini tərk edib.
Əsgərdən bu vaxta qədər xəbər yoxdur. Hazırda hərbi hissəni özbaşına tərk edən əsgərin tapılması və xidməti yerinə qaytarılması istiqamətində tədbirlər görülür.
Alpər Mövludoğlu
Ordu.az