Zaxarova Məmmədyarov-Mnatsakanyan görüşünə münasibət bildirib

2018/07/2310-Mariya-Zaxarova_1527751730_1531979765.jpg
Oxunub: 2816     22:25     18 İyul 2018    
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında iyulun 11-də Brüsseldə baş tutmuş görüşə münasibət bildirib.

Ordu.az xəbər verir ki, sözçü Rusiyanın iştirakı olmadan keçirilən ikitərəfli görüşləri şərh etmədiklərini söyləyib.

"Lakin nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın bu mövzu ilə əlaqəsi var, o zaman, hesab edirik ki, tərəflərin hər hansı konstruktiv təması bu münaqişənin həlli ilə bağlı əsas məqsədə çatmağa kömək etməlidir. Bir daha qeyd etmək istəyirəm ki, görüşün yekunlarını, nə qədər məhsuldar, faydalı və perspektivli olduğunu görüşün iştirakçıları şərh etməlidirlər. Biz hər iki tərəfin münaqişənin nizamlanması istiqamətində atılan addım kimi və ya heç olmasa dialoqun davamı kimi qiymətləndirdiyi hər şeyi müsbət qarşılayırıq", - deyə Zaxarova vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Dağlıq-Qarabağ  


Bizi "telegram"da izləyin