Qarabağda hərbi hissə komandiri yüksək məbləğdə pul mənimsəyib

2018/07/345345345_15166195193456_1516705553_1529691222_1531934126.jpg
Oxunub: 3408     01:15     19 İyul 2018    
Keçmiş erməni hərbi hissə komandiri mənimsəmə və səlahiyyətindən sui-istifadə etməkdə ittiham olunur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın istintaq orqanları tərəfindən işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan qanunsuz hərbi birləşmənin sabiq diviziya komandirinə rəsmi səlahiyyət həddini aşma və səlahiyyətləri çərçivəsində fəaliyyətsizlik nümayiş etdirdiyinə görə ittiaham irəli sürülüb.

Araşdırmalara görə, 2012-ci ilin noyabr ayında 47 yaşlı polkovnik "N" nömrəli diviziya komandiri təyin edilib. Onun mayor rütbəli qardaşı isə 2002-ci ildən həmin hərbi hissənin maliyyə xidməti rəisi (ehtimal olunur ki, sözügedən şəxs polkovnik Vaçaqan Nersisyandır) olub.

Daxili xidmət nizamnaməsinin tələblərinə uyğun olaraq qardaşının diviziya komandiri təyin olunması ilə əlaqədar maliyyə xidməti rəisi başqa hərbi hissəyə təyin edilib. Onun əvəzinə diviziyada yeni maliyyə rəisi təyin olunub. Diviziya komandiri vəzifə səlahiyyətlərini aşaraq, qardaşının tabeliyindəki hərbi hissələrdən birinə maliyyə rəisi təyin olunmasına baxmayaraq, onu köhnə vəzifəsinin icrasında saxlayıb. Bu yolla da 2013-2016-cı illər ərzində diviziya maliyyə xidməti rəisi üçün nəzərdə tutulmuş əlavə ödənişlərlə təmin edilib.

Diviziya komandiri səlahiyyətlərini aşması nəticəsində büdcəyə da ziyan vurub. Qeyd edildiyi kimi, o, diviziyanın maliyyə xidməti rəisi vəzifələrinin icrası zamanı şəxsi heyətin pul təminatı ilə bağlı rəsmi sənədlərdə qanunsuz əlavələr yazıb və bu əlavələri öz hesabına köçürməklə açıq-aşkar yalan məlumatlar daxil etmək yolu ilə dövlət fondundan külli miqdarda 10108023 erməni dramı mənimsəyib. O, cinayət işinin araşdırılması gedişatında dəymiş ziyanı tam ödəyib.

Cinayət işi üzrə araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Hərbi-hissə-komandiri  


Bizi "telegram"da izləyin