Ordu.az xəbər verir ki, erməni hərbçi tibb məntəqəsindən oğurladığı əşyaları satarkən tutulub.
Hadisəni törədən Davit Davityan adlı hərbi qulluqçu bunu mağazaya olan borcunu ödəmək məqsədilə etdiyini bildirib.
Araşdırma zamanı məlum olub ki, mağaza sahibi hərbçini borcunu ödəməyəcəyi təqdirdə şikayət edəcəyi ilə hədələdiyindən D. Davityan bu addımı atmağa məcbur olub.
Faktla bağlı araşdırma davam edir.
Alpər Mövludoğlu
Ordu.az