Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, hadisə təxminən saat 12:20 radələrində qeydə alınıb.
Düşmən öncə kənd ərazisində işləyən Ağdam subartezian quyularının istismarı idarəsinin texnikasını və əməkdaşlarını atəşə tutub.
Daha sonra kənd avtomat və pulemyotlardan açılan düşmən atəşinə məruz qalıb. Nəticədə itki olmasa da, kəndi ehtiyat su ilə təmin edən su çəni bir neçə yerdən deşilib.
Onu da qeyd edək ki, atəşə tutulan su çəni Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qurulub və onun üzərində təşkilatın nişanı həkk edilib ki, düşmən arəşinə məruz qalmasın.
Düşmən cavab atəşi ilə susdurulub.
Elgün Gəncimsoy
Ordu.az