Postancyan Paşinyana qarşı: Qarabağda vəziyyət dəyişə bilərmi? - ŞƏRH

2018/07/32432_1531378869.jpg
Oxunub: 1566     14:58     12 İyul 2018    
Ermənistanın baş naziri postuna gələrək öz yerini bərkitməklə kifayətlənməyən Nikol Paşinyan, nəinki köhnə rejimdən olanları hətta, "məxməri inqilab" zamanı onu dəstəkləyənləri belə uzaqlaşdırmaqla məşğuldur.

İşğal altında olan Xocavənd rayonu ərazisindəki qanunsuz hərbi hissələrdən birinə gələrək buradakı vəziyyətlə tanış olmaq niyyətində olan keçmiş deputat və hazırda "Yerkir Tsirani" ("Ərik ölkəsi") fraksiyasının lideri olan Zaruhi Postancyan hərbi hissənin ərazisinə buraxılmayaraq qapıdan kobud şəkildə qovulub. Ona izah olunub ki, Paşinyan tərəfindən qanunsuz hərbi birləşmələrin komandiri Levon Mnasakanyana xüsusi tapşırıq verilib: "Yerevandan olan heç bir şəxs hərbi hissələri ziyarət edə və buradakı vəziyyətə "başını soxa bilməz"".

Qeyd edək ki, Ermənistan Milli Məclisinin 2 dəfə deputatı olmuş, "İrs" fraksiyasının keçmiş üzvü Z.Postancyan məxməri inqilabı nəticəsində devrilmiş köhnə hərbi-siyasi rejimə qarşı daima qatı müxalif olması ilə seçilib, N.Paşinyanın təşkil etdiyi yürüş hərəkatına dəstək verib və onlara qarşı müxalif düşərgədə olmayıb.

Lakin Paşinyanın baş nazir postuna sahib olmasından sonra atdığı addımlar və Postancyan şəxsiyyətinə qarşı sərgilənən hörmətsizliklər səbəbindən (hərbi hissəyə buraxılmaması ucbatından) artıq o, Paşinyan hakimiyyətinə qarşı tənqidi fikirlər səsləndirməyə başlayıb.

Konkret olaraq iyulun 11-də günorta saatlarında Xocavənd ərazisindəki hərbi hissələrin birinə gələn və buradakı vəziyyətlə tanış olmaq istəyən keçmiş deputat Z.Postancyan hərbi hissənin qapısından kobud şəkildə qovulduqdan sonra rejim haqqında sərt açıqlamalar verib və deyib ki, "görün Qarabağdakı hərbi hissələrimizdə vəziyyət nə qədər acınacaqlıdır ki, bizləri ora buraxmırlar".

Keçmiş deputat bu açıqlaması ilə həmçinin Ermənistanın bölgədəki acınacaqlı hərbi-siyasi vəziyyətinə işarə edib.

Bütün bunlar onu göstərir ki, Ermənistandan sonra mövcud hərbi-siyasi rejimin devrilmə növbəsi qanunsuz bölgəni də əhatə edə bilər.

Analitik-icmalçı Ehtiram Aşırlı
Ordu.az

Teqlər: Qarabağ   Postancyan-Paşinyan  

Postancyan Paşinyana qarşı: Qarabağda vəziyyət dəyişə bilərmi? - ŞƏRH

2018/07/32432_1531378869.jpg
Oxunub: 1567     14:58     12 İyul 2018    