Ordu.az xəbər verir ki, 400 hektar ərazini əhatə edən və hərbi hissənin ərazisinə də keçən yanğın nəticəsində qərargah binasının bir hissəsi yanaraq uçub.
Yanğını söndürməyə cəlb edilənlərdən Artur Qasparyan adlı hərbi qulluqçu yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri və yanıqlar alıb.
Hospitala yerləşdirilən hərbçinin vəziyyəti barədə məlumat verilməsə də, yanğın zamanı hərbi obyektə dəyən ziyana görə günahkar şəxslərin aşkar edilməsi və cəzalandırılması məqsədilə cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az