Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən "Gardenia Grain D’or" şirkətinin təsisçisi, iş adamı Nikolla Jorj Abu Falsal qanunsuz olaraq Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Məlumata görə, Falsal Qarabağ ərazisində bir sıra qanunsuz layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıb.
Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Alpər Mövludoğlu
Ordu.az