“Roscosmos” Britaniyadakı aviaşouda iştirak edə bilməyəcək

2018/07/1197829_1530787013.jpg
Oxunub: 1951     18:26     05 İyul 2018    
Rusiyanın dövlət şirkəti olan “Roscosmos” Birləşmiş Krallıqda baş tutacaq “2018 Farnboro Aviaşousu”nu buraxmalı olacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın mətbuat katibi Vladimir Ustimenko bəyan edib.

Ustimenkonun məlumatına görə, əslində kompaniya aviaşouda iştirak etmək istəyirdi, lakin Rusiya kompaniyalarının hərbi ləvazimatlarını sərgiləməyi qarşı qoyulan qadağadan dolayı kompaniya orada təmsil olunmayacaq.

Qeyd edək ki, 16-22 iyul tarixlərində keçirilməsi planlaşdırılan aviaşou ilə bağlı Rusiyanın başqa bir kompaniyası "United Aircraft Corporation” şirkətinə də eyni hal üz verib. Belə ki, həmin qadağadan dolayı bu şirkət də aviaşouda iştirakdan məhrum olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Roscosmos   Aviaşou  


Bizi "telegram"da izləyin