İsrail MN: Suriya ordusunu vurmaqdan çəkinirik

2018/07/000_TI3A4-e1508424098634-1024x640_1530780994.jpg
Oxunub: 2458     17:57     05 İyul 2018    
İsrail Müdafiə Nazirliyi Bəşər Əsədə bağlı qüvvələrə zərbələr endirməyin təhlükəli olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə nazirlik rəsmisi ötən gün ölkəsinin Suriya ilə bağlı planlarını müzakirə edərkən bildirib.

Nümayəndə qeyd edib ki, hazırda Suriyada rejimə sadiq qüvvələr atəşkəs zonları daxilindədirlər.

“Hökumət qüvvələrinin bir qismi Colan təpələri yaxınlığındakı hərbsizləşdirilmiş bölgələrə daxil olublar. Bu ərazilərdə mülki əhali ilə hərbi qüvvələr kompakt şəkildə varlığını davam etdirir. Ona görə də İsrail Müdafiə Nazirliyi Suriya ordusunun buradakı qüvvələrinin mövqeyini aşkar etməsinə baxmayaraq, bu qüvvələrə zərbələr endirməkdən qorxur. Əgər hərbi qüvvələr və sivil əhali bir-birindən izolyasiya olunsalar, o halda Bəşər Əsədə sadiq bu qüvvələr dərhal vurulacaq”, - deyə nazirlik rəsmisi bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin