Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 2-dən başlayaraq Ermənistanın işğal etdiyi Qarabağda qanunsuz hərbi biləşmələrində 2018-ci ilin qış tədris dövrünün yekun yoxlamaları keçirilir.
Təşkil edilən xüsusi komissiya tərəfindən keçirilən yoxlamlarda, həm müddətli xidmət hərbi qulluqçularının, həm də komandir heyətinin bilik və praktiki bacarıqları yoxlanılır.
Yoxlamalarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığına, səhra bacarıqlarına və fiziki hazırlığına ayrılır.
Alpər Mövludoğlu
Ordu.az