Davtyan Azərbaycanın aldığı helikopterlərə münasibət bildirib

2018/07/756756_1530603478.jpg
Oxunub: 4323     15:36     03 İyul 2018    
"Pulunu verib üçüncü ölkə vasitəsilə alıb".

Ordu.az xəbər verir ki, Ermənistanın BQ rəisi general-mayor Artak Davtyan mərkəzi çağırış məntəqəsində jurnalistlərin, Azərbaycanın “Bell 412” helikopterlərini necə əldə etdiyinə dair sualını cavablandırarkən “Pulunu verib alıb” deyə qısa cavab verib.

ABŞ-ın münaqişə tərəflərinə silah satmaması barədə sual verildikdə isə Artak Davtyan belə deyib: “Bu sualı ya Amerika tərəfinə və ya Azərbaycan tərəfinə verin. Bizim əlimizdə açıqlamaq istəmədiyimiz məlumat var. Almaq məsələsinə gəldikdə isə pulunu verib, üçüncü ölkə vasitəsilə alıb”

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Bell-412  


Bizi "telegram"da izləyin