Ermənilər Ağdamda 280 hektar ərazini yandırıb

2018/06/847841405145814_1530345583.jpg
Oxunub: 3434     15:41     30 İyun 2018    
“Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.

Ordu.az “Azərkosmos” ASC-nin saytına istinadən xəbər verir ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib.

29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos-ASC   Azersky   Ağdam  


Bizi "telegram"da izləyin