ABŞ yeni pilotsuz helikopterinin sınaqlarını davam etdirir

2018/06/received_2580733372152815_1530299190.jpeg
Oxunub: 3480     02:56     30 İyun 2018    
“USS Coronado” ABŞ donanmasının yeni pilotsuz helikopteri olan MQ-8C “Fire Scout”un sınaqlarına qoşulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, MQ-8C-nin aprel ayından başlayan sınaqlarının növbəti mərhələsi helikopterin digər hava sistemləri və sahil döyüş gəmilərilə birlikdə əməliyyat qabiliyyətini dəyərləndirmək məqsədini daşıyır.

Bu helikopterin artırılmış imkanları komandirlərin kəşfiyyat, nəzarət və axtarış bacarıqlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Qeyd edək ki, “Coronado” ABŞ donanmasının dörd əsas sahil sınaq döyüş gəmisindən biridir. Sınağın bu gəminin iştirakı ilə baş tutan mərhələsi San Dieqoda həyata keçirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donanma   Helikopter   Gəmi  


Bizi "telegram"da izləyin