Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ QQ-nin Kosmos və Raketdən Müdafiə Komandanlığının əməliyyatlar üzrə komandirinin müavini briqada generalı Tim Louson danışıb.
O bildirib ki, ABŞ Quru Qoşunlarının Kosmos Komandanlığına əsgər göndərməsi ehtimalı mümkündür. ABŞ QQ bu barədə rəsmi məlumat verməsə də, adı çəkilən komandanlıqda artıq aktiv əsgər, ehtiyatda olan qüvvə və mülki qulluqçularından olan 2220 nəfərin Kosmos Komandanlığına göndərilməsinin müzakirə edildiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az