Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün “Mudos Vivendi” analitik mərkəzin direktoru, ekspert Ara Papyan deyib.
Onun sözlərinə görə, silahlı qüvvələrin cəmləşməsi yalnız Qarabağ cəbhəsində deyil, Naxçıvan və Tavus istiqamətində də həyata keçirilir.
"Təhlükə həm də sanki Azərbaycan cəmiyyətinin müharibəyə hazır olması baxımından da artıb. Təlimlərin keçirildiyi bir dövrdə hər şey gözləmək olar. Bu cür vəziyyətlərdə təlimlərdən birbaşa hərbi əməliyyatlara keçid etmək çox asandır. Bu da mümkün riskləri artırır", - deyə erməni ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az