Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan hökuməti Fransadan döyüş təyyarələrinin alınmasına dair imzaladığı müqavilədə təyyarələrin sayını 126-dan 26-ya endirib.
Lakin alınması planlaşdırılan Orta Çoxfunksiyalı Döyüş Təyyarələrinin sayının niyə belə əhəmiyyətli dərəcədə azaldıldığına dair heç bir açıqlama yoxdur.
Hindistan hökuməti 2016-cı ilin avqustunda bu təyyarələrin alınmasına dair “Rafale” şirkəti ilə 8,8 milyard dollarlıq müqavilə imzalandığını elan edib. Bu müqavilədə 36 təyyarənin alınacağı göstərilib. Halbuki müqavilənin düzəliş edilməmiş versiyasında 126 təyyarənin alınması üçün 8,4 milyard dollarlıq sazişin bağlanması nəzərdə tutulurdu. Yeni müqavilə hər təyyarənin qiymətinin 250 % artması mənasına gəlir.
Digər tərəfdən mətbuatda qərarın təyyarələri daha tez almaq üçün qəbul edildiyi bildirilirdi. Lakin daha sonra çatdırılma tarixi də 2019-cu il sentyabr ayından 2022-ci ilin aprelinə dəyişdirildi.
Dəyanət Ağalarlı
Ordu.az