NATO hərbçiləri Ukrayna əsgərlərinə təlim keçir

2018/06/36456957_2581012025458283_1860813994244177920_n_1530294426.jpg
Oxunub: 3265     01:41     30 İyun 2018    
NATO-Ukrayna yaxınlaşmasının növbəti mərhələsi olaraq alyans hərbçiləri Ukrayna ordusunun Donbasda fəaliyyət göstərən birliklərinə təlimlər keçir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlmatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Bəyanatda qeyd olunub ki, təlimlər əsasən yaxın məsafədə döyüş bacarıqlarının artırılması məqsədilə həyata keçirilir.

Təlimlər nəticəsində hazırda Donbasda seperatçılarla mübarizədə fəaliyyət göstərən təxminən 500-ə qədər hərbçiyə piyada döyüş vasitələrindən effektiv istifadə üzrə hazırlıq keçirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin