Bu gün Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında Ermənistan MN və SQ baş qərargahın rəhbər heyətinin, işğal altında olan Qarabağdakı qanunsuz "hərbi qurum"nun nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətindən yayılıb.
Müşavirədə Ermənistan ordusunun modernizasiyasına aid bir sıra məsələlər müzakirə edilib. Bununla əlaqədar müvafiq idarə rəisləri məruzələrlə çıxış edib və təkliflər nəzərdən keçirilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Müşavirə