Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon bir neçə şirkətlə danışıqlar aparır.
ABŞ HHQ-dən verilən açıqlamada qeyd olunub ki, hazırda dronların hansı xüsusiyyətlərə sahib olmalı olduğu məsələsi müzakirə edilir.
“Bunu dəqiqləşdirdikdən sonra ən uyğun təklifi verən bir şirkətlə müqavilə imzalayacağıq. Bu layihənin xərcləri 2019-cu maliyyə ili üçün nəzərdə tutulmuş 21 milyardlıq aviasiya qüvvələrinin uçuş vasitələri ilə təmin edilməsi büdcəsindən maliyələşdiriləcək”, - deyə açılamada bildirilib.
Qeyd edək ki, kamikadze dronları ilk dəfə 2017-ci ilin yanvarında İraqda İŞİD terrorçularına qarşı istifadə olunub.
Dəyanət Ağalarlı
Ordu.az