Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda ABŞ ordusunda 4 ədəd C-5 təyyarəsi mövcuddur.
Pentaqodan verilən açıqlamada qeyd olunub ki, bu təyyarələrin hər biri uzun müddətdir ki, fəaliyyət göstərirlər. Buna görə də yaxın zamanlarda təyyarələrin modernizasiyası həyata keçiriləcək.
Bildirilib ki, təyyarələrin modernizasiyası üçün elə istehsalçı şirkət olan “Lockheed Martin”lə danışıqlar aparlır.
Qeyd edək ki, hazırki qiyməti 225 milyon dollar olan C-5 təyyarələrin ABŞ hərbi aviasiyasında ilk dəfə istifadəsinə 1968-ci ildən başlanılıb.
Dəyanət Ağalarlı
Ordu.az