Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, general bu barədə dünən çıxış edib.
General bildirib ki, hazırda bir çox ölkələrdə süni zəkanın və digər yüksək texnoloji layihələrin hərbə tətbiqi üzərində ciddi işlər aparılır.
“Biz bu trenddən geri qalmamalıyıq. Çin, Rusiya və başqa inkişaf etmiş hərbi sənaye ölkələri hərbi innovativ texnologiyaların stimullaşdırılması yolunda nəhəng layihələr həyata keçirir. ABŞ da bu sahədə addımlar atmalıdır. Yoxsa öz mövqeyimizi itirə bilərik. Maven layihəsi süni zəkanın müdafiə sənayesinin tətbiqinin ilkin mərhələsidir”, - deyə Holmes qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az