Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, son dövrlərdə bu bölgədə həyata keçirilən təlimlərdə kiber müharibə təhdidinə qarşı hazırlığa böyük diqqət yetirilir.
2017-ci ilin əvvəlində NATO-nun Baş katibi Yens Stoltenberq alyansa yönəlik xarici kiberhücumların artdığını bildirib. Onun sözlərinə görə, həmin dövrdə bu hücumların sayı aylıq orta hesabla 500-ə çatıb ki, bu da 2015-ci ilin göstəricisindən 60% yüksəkdir.
Bu səbəbdən dolayıdır ki, NATO ötən il özünün kiber müdafiə imkanlarını gücləndirmək məqsədilə komandanlıq strukturunu kiber silahlara uyğunlaşdırma qərarı aldı.
Ağalar Ağalarlı
Ordu.az