Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar ötən gün liderlərin bir araya gəlməsindən sonra qəbul edilib.
ABŞ Prezidenti Trampın Avropalı müttəfiqlərindən öz hərbi xərclərini artırmasını istəyib və qeyd edib ki, ABŞ əvvəlki tək Avropanın hərbi təhlükəsizlik problemini öz çiyinlərinə götürməyəcək.
Nəticədə müttəfiqlər hər biri buna qarşı ortaq addımların atılması və hərbi xərclərinin daha da artırılması yönündə razılığa gəliblər.
Açıqlama verən NATO Baş katibi Yens Stoltenberq bildirib ki, bununla bağlı ilkin razılıq əldə edilsə də məsələ gələn ay baş tutacaq NATO sammitində də müzakirə ediləcək.
Dəyanət Ağalarlı
Ordu.az