Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlara Deranın şərqindəki Ulema şəhərindən başlanılıb.
Suriya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olnub ki, əməliyyatlar zamanı üsyançı qüvvələr və terrorçu qruplaşmalar ciddi itkilər verib.
“İlk olaraq Ulemadan başlayan hücumlar daha sonra aviasiya qüvvələrinin dəstəyilə Əl-Harak, Nanetah, Səma Əl-Hanitah, Şeyx Meskin və Əl-Balad şəhərlərində də həyata keçirilib. Artilleriya atəşi ilə dəstəklənən hücumlar nəticəsində qeyd olunan 6 şəhərin hər biri üsyançılardan və terrorçulardan təmizlənib”, - deyə açıqlamada qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az