Ordu.az xarici KİV-lərə istinadən xəbəre verir ki, atəşkəs sadəcə Rusiya və üsyançı qüvvələri deyil, eyni zamanda Suriya hökumətini də əhatə edir.
Mərkəzdən verilən açıqlamada bildirilib ki, atəşkəsin məqsədi üsyançı qüvvələrləı təslim olma şərtlərinin müzakirə edilməsidir.
“Ötən gecə qəbul edilən atəşkəs razılığı bu gün günorta başlayacaq və 12 saat davam edəcək. Atəşkəs müddətində Suriya hökuməti, Rusiya və üsyançı qüvvələr Deradakı dövlət binasında 3 tərəfli müzakirələr aparacaq. Razılıq əldə edilməyəcəyi təqdirdə sabahdan etibarən Rusiya və Suriya üsyançılara qarşı hücumlara yenidən start verəcək”, - deyə açıqlamada qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az