Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu silahlar içində uzun mənzilli ballistik raketlər, radar sistemləri hətta pilotsuz uçuş aparatları da var.
Məsələ illə bağlı NATO-dan verilən məlumatda qeyd olunub ki, hazırda alyansa üzv bir çox dövlətdə ordu daxilində kiber təhlükəsizlik məsələləri ikinci plana keçirilib.
“Bu, müttəfiqlərin hər biri üçün ortaq problemdir. Tərəflər silahlanmaya daha çox üstünlük verirlər, nəinki silahların idarəetmə mərkəzinin təhlükəsizliyinə. Ehtimal etmək olar ki, güclü kiber hücumu edildiyi təqdirdə NATO-nun sahib olduğu silahların önəmli bir qisminin müharibə anında istifadəsi mümkünsüz olacaq”, - deyə bəyanatda bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az