Çin Donanması “RimPac” təlimlərinə dəvət edilməyib

2018/06/Снимок_1530265929.png
Oxunub: 4339     17:42     29 İyun 2018    
Çin Havayda keçirilən dünyanın ən nəhəng hərbi təlimlərindən biri hesab olunan "RimPac" dəniz təlimlərində iştirak edə bilməyəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın ev sahibliyi ilə 25-dən çox ölkənin iştirak etdiyi təlimlər artıq başlayıb.

1971-ci ildən ənənəvi olaraq keçirilən və bu il 26-cı dəfə təşkil olunan təlimlərə çox sayda ölkədən 50 döyüş gəmisi və 25 min hərbçi qatılsa da Çin dəvət edilməyib.

Buna səbəb kimi Çinin Cənubi Çin Dənizindəki addımları əsas göstərilib.

Qed edək ki, təlimlərə Sakit okean sahilində və adalarda yerləşən dövlətlər iştirak edirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   RimPac  


Bizi "telegram"da izləyin