Çavuşoğlu: “Tramp F-35 məsələsində lazımı addımı atacağını dedi”

2018/06/564589451451458_1530263109.jpg
Oxunub: 2078     17:06     29 İyun 2018    
“ABŞ prezidenti Donald Tramp prezidentimizə ABŞ konqresindəki F-35 döyüş təyyarələrinin satışı ilə əlaqəli problemə dair zəruri addımları atacağını söyləyib”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

Daha sonra Suriyada son günlərdə baş verən hadisələrə toxunan Çavuşoğlu bu məsələlərdən həm Rusiyanın, həm İranın, həm də ABŞ-ın məsuliyyət daşıdığını vurğulayıb.

O, Astanadakı münaqişəsiz bölgələrə cənub bölgəsinin də əlavə edildiyini və birlikdə hərəkət etmə qərarı aldıqlarını xatırladıb. İranla bağlı danışan Çavuşoğlu burada sabitliyin pozulmasının heç kimin xeyrinə olmadığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   F-35  


Bizi "telegram"da izləyin