Rusiya Suriyada terrorçulara ağır zərbələr endirib

2018/06/345345_1530259910.jpg
Oxunub: 2760     16:07     29 İyun 2018    
Rusiya Aerokosmik Qüvvələri Suriyanın cənub-qərbində terrorçulara qarşı hava kampaniyasına davam edir.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, Rusiya ordusu İzra yaxınlığında “Ən-Nusra”nın mövqelərinə hücum edildiyini bildirib.

Məlumata görə, gecə ərzində terrorçuların bölgədəki mövqelərinə ümumilikdə 60-a yaxın hava zərbəsi endirilib. Ordu əsasən diqqətini Deranın şərq hissəsinə cəmləyib.

Rusiya Aerokosmik Qüvvələrinin ağır bombardmanı nəticəsində Suriya Quru Qoşunları Deranın şərqində bir sıra ərazilərə nəzarəti bərpa edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin