Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Dəniz Analizləri Mərkəzinin analitikləri Cefrey Beker və Erika Douns ifadə edib.
“Çinin gerçək bir beynəlxalq donanma olma istəyini nəzərə alsaq, onda onun Cibutidəki bazasının sonuncu olmadığını anlamış olarıq”, - deyə analitiklər bildirir.
Onların sözlərinə görə, bu baza gələcək tikiləcək çoxsaylı xarici təsisatlarla birlikdə ölkə kənarında yaşayan Çin vətəndaşlarını, eləcə də onun iqtisadi və maliyyə maraqlarını müdafiə etmək üçün istifadə ediləcək.
Ağalar Ağalarlı
Ordu.az