Ordu.az xarici KİV-lərə istinadən xəbər veri ki, anti-terror əməliyyatları son günlər daha da intensiv hal alıb.
Ordu ilkin mərhələ üçün bölgədəki terrorçu qruplaşmaların önəmli bir qismini zərərsizləşdirib və yaxud bölgədən çıxarıb.
Artıq bir-birindən əlaqəsi kəsilmiş İŞİD terrorçuları vahid mərkəzdən idarə olunmadan kortəbii şəkildə fəaliyyət göstərirlər.
Suriya Müdafiə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada qeyd olunub ki, ordu əməliyyatların ilk mərhələsini uğurla yekunlaşdırıb və bu gündən növbəti mərhələyə başlanılacaq.
“Bu mərhələdə kiçik qruplarla fəaliyyət göstərən terrorçular da tamamilə zərərsiz hala gətiriləcək və Derada sabitlik bərpa olunacaq”, - deyə bəyanatda bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az