Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dünən jurnalistlərlə görüşündə ekspert Aleksandr İskəndəryan deyib.
Erməni ekspertin sözlərinə görə, hazırda Azərbaycanın geniş miqyaslı hərbi əməliyyatlara başlaya biləcəyini ehtimal etmir.
"Azərbaycanın geniş miqyaslı hərbi əməliyyatlara başlayacağını düşünmürəm. Lakin kiçik əməliyyatlar olacağını da istisna etmirəm. Belə vəziyyətdə qoşunların cəmləşməsi və yerdəyişməsi normal haldır", - deyə İskəndəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az