Ordu.az xəbər verir ki, həll olunmamış münaqişələr üzrə işçi sessiyasına ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxler, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda yaşanan böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar qatılıblar.
Vyanada ikigünlük keçirilən "ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün dialoq və məsuliyyət" konfransı zamanı iştirakçılar ATƏT regionunda münaqişə və böhran vəziyyətlərini, həlli uzadılmış münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, miqrasiya ilə bağlı məsələləri və s. müzakirə ediblər.
Konfrans iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həlli, danışıqlar prosesinin imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Ordu.az