Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində birbaşa canlı yayımda bildirib.
Cəbhədə vəziyyətin necə olduğuna, heç vaxt olmadığından daha yüksək müharibə təhlükəsinin mövcudluğuna dair suala, Paşinyan bu şəkildə cavab verib: "Təəssüf ki, bizim itkilərimiz olub. Cəbhədə Azərbaycan qoşunlarının müəyyən cəmləşməsi var. Bəzən onlar artır və ya azalırlar. Naxçıvan istiqamətində bəzi gərginliklər olub".
Onun sözlərinə görə, Ermənistan hər an dəyişə biləcək yarı-müharibə vəziyyətindədir.
"Bu hal nisbi sabitlik baxımından görünməmiş bir vəziyyətdir. Mən narahat olmağa əsas yoxdur demək istəmirəm, amma narahat olmağa əsas olduğunu da demək istəmirəm", - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az