Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordu sözügedən radarların quraşdırılmasına 1,35 milyard dollar xərcləməyi planlaşdırır.
Məlumata görə, Havaya yerləşdiriləcək həmin sistemlər təkcə həmin ərazinin deyil, ABŞ-ın digər ştatlarının müdafiəsində istifadə oluna biləcək. Digər tərəfdən o, Alyaskada yerləşdirilmiş quru mərkəzli sistemlər üçün informasiya da təmin edəcək.
Senator Brayn Şatzın sözlərinə görə, radar Alyaskanın raket əleyhinə raketləri üçün daha yaxşı göz rolunu oynamaqla, yardım edəcək. Artıq Senatda bu layihənin planlaşdırılması üçün 61 milyon dollar ayrılmasını qəbul edib, lakin konstruksiyanın maliyyələşdirilməsi barədə son qərar verilməyib.
Raketdən Müdafiə Agentliyi yerləşdiriləcək radarların genişliyinin 9 metrdən 15 metrə qədər, yüksəkliyinin isə 18-24 metr arası olacağını bəyan edib
Ağalar Ağalarlı
Ordu.az