Çin donanması gerçək döyüş təlimləri keçirir

2018/06/5648947584102514_1530021777.jpg
Oxunub: 1437     22:34     26 İyun 2018    
Çin donanmasının Şərq Hərbi Diyar Komandanlığı real döyüş təlimlərində iştirak etmək məqsədilə öz filotiliyasını açıq dənizə çıxarıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Xalq Azadlıq Ordusunun dəniz qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, filotiliya Taytunq, Başi və Tayvan boğazlarından keçərək hərbi gəmilərin döyüş təlimini keçirib. Təlimə donanmanın hava və sahil müdafiə qüvvələri də qatılıb.

Təlim donanmanın döyüş qabiliyyətinin gücləndirilməsi baxımından olduqca yüksək qiymətləndirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Donanması   Təlim   Döyüş-təlimi  


Bizi "telegram"da izləyin