Çin hərbi sahədə yüksək texnologiyaların tətbiqində lider olacaq

2018/06/5b3205f0dda4c85d4b8b458f_1530019431.jpg
Oxunub: 1533     21:28     26 İyun 2018    
Çin hərbi sahədə yüksək texnologiyaların istifadəsini sürətlə genişləndirməkdədir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş Müdafiə naziri Robert Vörk bildirib.

O qeyd edib ki, Çin hərbi sahədə yüksək texnologiyaların istifadəsini getdikcə daha da genişləndirir.

“Süni intellekt, robotlaşdırma və böyük verilənlər də daxil olmaqla yüksək texnologiyalar sahəsində sürətlə irləliməkdədir. Şübhəsiz ki, bu inkişaf Çin ordusuna da öz müsbət təsirini göstərir. Bu onu deməyə imkan verir ki, yaxın zamanda Çin hərbi zəmində yüksək tenologiyaların istifadəsinə görə dünya lideri olacaq”, - deyə eks-nazir bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yüksək-Texnologiyalar  


Bizi "telegram"da izləyin