Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, TSQ-yə məxsus zirehli vasitələr Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı bölgəsi daxilindəki Cerablus ilə Münbic cəbhə xəttindəki Sacu çayı ətrafında ABŞ-la koordinasiyalı olaraq beşinci patrul reydini həyata keçirib.
Qeyd edək ki, daha öncəki patrul reydləri iyunun 18, 20, 22 və 25-i tarixlərində baş tutub. Bundan sonra da bu tədbirlərin davam etdirilməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az