Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə iştirak edən hərbi qüvvələrin əsas hissəsini ABŞ Donanmasının 6-cı filotiliyası təşkil edir.
Məsələ ilə bağlı NATO-dan verilən rəsmi məlumatla bildirilib ki, təlimlərdə Almaniya, Niderland, Danimarka, Norveç, Polşa, İspaniya və Türkiyəyə məxsus döyüş gəmiləri iştirak edir.
Təlimlərdə müttəfiq qüvvələrin əsas məqsədi donanmalarının dənizaltı döyüş bacarıqlarının yoxlanılmasıdır.
Qeyd edək ki, dəvət olunmalarına baxmayaraq Kanada, Fransa və Böyük Britaniya donanmaları təlimlərdə iştirak etməyiblər.
Dəyanət Ağalarlı
Ordu.az